SİMA Access üztanıma vasitəsilə müəyyən obyektlərə məsafədən və təhlükəsiz giriş imkanı verir. Bu həll ilə bizneslər müəssisəyə giriş-çıxış vaxtlarına nəzarət edə və arzuolunmaz şəxslərin girişi bloklaya bilirlər.
SİMA Accessin çoxfunksiyalı admin panel, axtarış sistemi, bloklama və şəxsiyyət təsdiqi funksiyalarından istifadə et.
Uzaqdan şəxsiyyət təsdiqiBu funksiya ilə müəssisəyə girib-çıxanların kimliyinin üztanıma ilə məsafədən təyin edilməsi mümkündür.
Çoxfunksiyalı admin panel Multi-kamera ilə izləmə, kənar şəxslərin girişinin qarşısını almaq, məlumatların monitorinqi kimi bəzi əməliyyatları idarə eymək mümkündür.
Açar söz ilə axtarış sistemi Müəssisəyə giriş-çıxışı olan şəxslərin fin kod, şəkil, tarix, yaş aralığı parametrlərinə əsasən axtarışını həyata keçirmək mümkündür.
Girişin bloklanması Paneldə qeydə alınmış qara siyahıya əsasən arzuolunmaz şəxslərin girişinin qarşısı alınır.
Müəssisənizə girişləri SİMA Access ilə tənzimləyin.
Gücləndirilmiş təhlükəsizlik sistemi ilə müəyyən obyektə giriş-çıxış təhlükəsiz şəkildə təmin olunur.
Hər hansı fiziki vasitəyə ehtiyac olmadan yalnız üztanıma vasitəsilə müəssisəyə giriş mümkündür.
Müştəri təcrübəsini və iş axınının səmərəliliyini yaxşılaşdıran istifadəçi dostu interfeysi sayəsində əməliyyatlar və yoxlamalar tez həyata keçirilir.
Məhsul, müştərilərin yerli infrastrukturlarında (on-premise) quraşdırılması seçimini təklif edir, bu da məlumat məxfiliyinə nəzarət imkanı verməklə, bulud xidmətləri ilə də tam uyğunluq təmin edir.
SİMA Access həlli nədir?
SİMA Access yeni texnologiyalar əsasında məsafədən təhlükəsiz giriş-çıxışı təmin edən sistemdir.
SİMA Access-dən necə istifadə etmək olar?
SİMA Acces-dən istifadə üçün iki alternativ mövcuddur:
SİMA Access hansı autentifikasiya üsullarını təklif edir?
SİMA Access iki tip autentifikasiya üsulu təklif edir: aktiv və passiv canlılıq yoxlama.
SİMA Access digər həllərdən nə ilə fərqlənir?
Bu həll vasitəsilə məsafədən üz tanıma və aktiv canlılıq yoxlamaları həyata keçirilir. Bu isə müəssisəyə kənar şəxslərin girişinin qarşısını alır və ya bu kimi dələduzluq hallarının aşkarlanmasına töhfə verir.
SİMA Access həlli ilə hesabatlar yaradıla bilərmi?
Bəli, istifadəçi tərəfindən təyin olunmuş meyarlar əsasında SİMA Access ilə “Excel” formatında hesabatlar yaradıla bilər.