SİMA KYC ilə öz müştərini tanı!

Biznes fəaliyyəti zamanı istifadəçinin kimliyini müəyyənləşdirin və məlumatların qanuni olduğunu təsdiq edin.

Funksiyalar

SİMA ilə heç yerə getmədən, sənədlər toplamadan, real vaxt rejimində xidmətlərdən istifadə edərək vaxtınıza və xərclərə qənaət edin.

  • Şəxsiyyət vəsiqəsi ilə eyniləşdirmə

    Şəxsiyyət vəsiqəsi ilə eyniləşdirmə

  • Miqrasiya sənədi ilə eyniləşdirmə

    Miqrasiya sənədi ilə eyniləşdirmə

  • FIN və seriya daxil etməklə biometrik eyniləşdirmə

    FIN və seriya daxil etməklə biometrik eyniləşdirmə

  • Şəxsiyyət vəsiqəsinin şəklini yükləməklə biometrik eyniləşdirmə

    Şəxsiyyət vəsiqəsinin şəklini yükləməklə biometrik eyniləşdirmə

  • Fərdi məlumatların avtomatlaşdırılmış formada təqdim edilməsi

    Fərdi məlumatların avtomatlaşdırılmış formada təqdim edilməsi

  • Vəsiqənin yoxlanılması zamanı canlılığın da yoxlanılması

    Vəsiqənin yoxlanılması zamanı canlılığın da yoxlanılması

SİMA KYC Biometriya həllinin üstünlükləri

  • Təkmilləşdirilmiş təhlükəsizlik

    Dələduzluq və saxtakarlıq risklərini azaldın və biznesinizi fırıldaqçılıqdan qoruyun.

  • Əməliyyat effektivliyi

    SİMA KYC ilə istifadəçilərin yoxlanılması prosesini sadələşdirin və müştəri məlumatlarının qanuniliyini dəqiq şəkildə təsdiq edin.

  • Büdcəyə qənaət

    Fiziki sənədlərin yoxlanılması ehtiyacını aradan qaldırın və əməliyyat xərclərini azaldın.

  • API vasitəsi ilə inteqrasiya

    KYC Biometriya həllini mövcud sistemlərinizə asanlıqla inteqrasiya edin.

Elə indi SİMA KYC Biometriya həllini əldə et!

Müraciət formasını doldur, SİMA KYC ilə öz müştərini daha rahat tanı.

Xəbər yoxdur

Tez-tez verilən suallar
SİMA KYC həlli ilə bağlı tez-tez verilən suallara bu bölmədən cavab tapa bilərsiniz.

SİMA KYC Nədir?

Öz müştərini tanı həllinə əsaslanan biznes fəaliyyəti zamanı müştərinin kimliyini müəyyənləşdirən və məlumatların qanuni olduğunu təsdiq edən xidmətdir. Bu xidməti göstərərkən qabaqcıl biometrik doğrulama proseslərindən istifadə edilir.

SİMA KYC-ni necə əldə edə bilərəm?

SİMA KYC-ni inteqrasiya etməkdə maraqlı olan təşkilatlar ətraflı təlimat və quraşdırma prosedurları üçün vebsayt vasitəsilə dəstək komandamızla əlaqə saxlaya bilər.

SİMA KYC istifadə etməyin əsas üstünlükləri hansılardır?

SİMA KYC təhlükəsizliyi təmin etməklə, riskləri azaltmaqla müştəri təcrübəsini artırır. Asan və səmərəli quraşdırma prosesləri ilə əməliyyatlar təklif edir.

SİMA KYC-də hansı eyniləşdirmə üsulları var?

SİMA KYC-də manual FİN və seriya daxil etməklə, şəxsiyyət vəsiqəsini skan etmekle, şəxsiyyət vəsiqəsinin şəklini yükləməklə biometrik eyniləşdirmə üsulları vardır.

SİMA KYC-də hansı sənədlər ilə eyniləşdirmə apara bilərəm?

İstifadəçilər Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsi və ya miqrasiya sənədi ilə biometrik eyniləşdirmədən keçə bilər.

Mənə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib başqa birinin biometrik məlumatlarını təqdim etdikdə nə baş verir?

Biometrik məlumatların əldə olunmasının əsas məqsədi şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşın sənədin sahibi olduğunu yoxlamaqdır. Prosesin uğurla tamamlanması üçün şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşın biometrik məlumatlarının eyni olması şərtdir.