SİMA KYC Videoyazı, müasir elektron şəxsiyyət təsdiqi üçün nəzərdə tutulmuş videoyazı həllidir. Bu həll vasitəsilə istifadəçilər video formatında özlərini və sənədlərini təqdim edir, təsdiq mətni oxuyaraq şəxsiyyətlərini təsdiqləyirlər. Bu yanaşma təhlükəsizliyi və rahatlığı artıraraq uzaqdan təsdiqi mümkün edir və dələduzluq riskini azaldır.
Videoyazı zamanı biometrik eyniləşdirmə ilə şəxsiyyət təsdiqini daha rahat və təhlükəsiz etmək mümkündür.
Videoqeyd imkanıİstifadəçilər kimlik və sənəd təsdiqi üçün müxtəlif mobil cihazlardan istifadə edərək qurumun tələblərinə uyğun məzmunda video çəkə bilirlər.
Biometrik eyniləşdirməBiometrik eyniləşdirmə faizi müəyyən limiti qarşıladıqda şəxsiyyət təsdiqi həm operator tərəfindən, həm də avtomatik olaraq həyata keçirilir.
Sənəd verifikasiyasıİstifadəçi özünə aid şəxsiyyət vəsiqəsini videoyazı zamanı təqdim edə bilir.
Razılıq bəyanatıQurumların tələb və qaydalarına video formatda razılıq vermək üçün ekranda istifadəçinin səsləndirəcəyi mətn əks etdirilir.
Rol matris funksiyalarıAdmin paneldə müxtəlif səlahiyyətlər üçün operator, qrup rəhbəri və menecer kimi fərqli rollar yaratmaq mümkündür.
Çoxfunksiyalı admin panelMüraciətlərin təsdiqlənməsi, eləcə də nəzarət və idarəetmə prosesi vahid sistem üzərindən həyata keçirilir.
Elə indi SİMA KYC Videoyazı həllini əldə et! SİMA KYC Videoyazı həllini əldə etmək üçün müraciət formunu doldurun.
İki faktorlu autentifikasiya və biometrik identifikasiya ilə saxtakarlıq və şəxsi məlumatların oğurlanması riskini əhəmiyyətli dərəcədə azaldır.
İstifadəçilər mobil cihazlar vasitəsilə heç yerə getmədən müraciət edə bilirlər. Bu, ənənəvi üsullarla müqayisədə həm vaxt itkisini aradan qaldırır, həm də istifadəçiyə rahatlıq yaradır.
Menecerlər və administratorlar üçün təqdim olunan rol matris funksiyaları vasitəsilə istifadəçi fəaliyyətini, şəxsiyyət təsdiqi proseslərini və digər qarşılıqlı təsirləri izləmək, eləcə də idarə etmək mümkündür.
Məhsul, müştərilərin yerli infrastrukturlarında (on-premise) quraşdırılması seçimini təklif edir, bu da məlumat məxfiliyinə nəzarət imkanı verməklə, bulud xidmətləri ilə də tam uyğunluq təmin edir.