SİMA Token Oflayn İmzalayıcı

SİMA Token Oflayn İmzalayıcı, internet bağlantısı olmadan sənədlərinizi təhlükəsiz bir şəkildə SİMA USB tokeni vasitəsilə sənədlərinizi imzalayaraq məlumatlarınızın etibarlılığını və bütövlüyünü təmin edir.

Funksiyalar

SİMA ilə heç yerə getmədən, sənədlər toplamadan, real vaxt rejimində xidmətlərdən istifadə edərək vaxtınıza və xərclərə qənaət edin.

  • <b>Sənədlərin idarə edilməsi</b><span>Mövcud sənədləri digər istifadəçilərlə paylaşmaq və onlarla
əməkdaşlıq etməyi təmin edir.</span>

    Sənədlərin idarə edilməsiMövcud sənədləri digər istifadəçilərlə paylaşmaq və onlarla əməkdaşlıq etməyi təmin edir.

  • <b>Autentifikasiya və təsdiqləmə</b><span>Multifaktorlu autentifikasiya və rəqəmsal həllərlə
inteqrasiya ilə gücləndirilmiş elektron imzalama təmin edilir.</span>

    Autentifikasiya və təsdiqləməMultifaktorlu autentifikasiya və rəqəmsal həllərlə inteqrasiya ilə gücləndirilmiş elektron imzalama təmin edilir.

  • <b>Oflayn sənəd imzalama</b><span>SİMA desktop tətbiqi vasitəsilə istənilən formatda sənədi əlavə
edərək rahatlıqla imzalamaq və nəticədə sənədləri “Edoc” formatına çevirmək
mümkündür.</span>

    Oflayn sənəd imzalamaSİMA desktop tətbiqi vasitəsilə istənilən formatda sənədi əlavə edərək rahatlıqla imzalamaq və nəticədə sənədləri “Edoc” formatına çevirmək mümkündür.

  • <b>Sənədlərin yoxlanması</b><span>"Edoc" formatlı sənədləri əlavə edərək sənədin kim tərəfindən, nə
zaman və hansı sertifikatla imzalandığını, həmçinin imzaların yararlılığını yoxlamaq
mümkündür.</span>

    Sənədlərin yoxlanması"Edoc" formatlı sənədləri əlavə edərək sənədin kim tərəfindən, nə zaman və hansı sertifikatla imzalandığını, həmçinin imzaların yararlılığını yoxlamaq mümkündür.

SİMA Token Oflayn imzalayıcının üstünlükləri

  • Gücləndirilmiş təhlükəsizlik

    İstifadəçi məlumatlarını qorumaq üçün qabaqcıl şifrələmə və təhlükəsizlik standartlarından istifadə edilir. Eyni zamanda imzalanmış sənədlərin dəyişdirilməz və qanuni olmasını təmin edilir.

  • Məlumatların məxfiliyinin tam təmin olunması

    Həssas məlumatların mövcud virtual mühitdən kənara çıxmasının qarşısı alınmaqla daha yüksək səviyyədə məxfilik təmin edilir.

  • Şəbəkədən asılılığın olmaması

    İstifadəçilər internet bağlantısı olmadan hər yerdə və hər zaman sənədləri imzalaya bilərlər.

  • Hüquqi uyğunluq

    Müxtəlif məhkəmə işlərində elektron imzalar üçün hüquqi tələblərə cavab verir.

SİMA Token Oflayn imzalayıcının üstünlükləri

  • Gücləndirilmiş təhlükəsizlik

    İstifadəçi məlumatlarını qorumaq üçün qabaqcıl şifrələmə və təhlükəsizlik standartlarından istifadə edilir. Eyni zamanda imzalanmış sənədlərin dəyişdirilməz və qanuni olmasını təmin edilir.

  • Məlumatların məxfiliyinin tam təmin olunması

    Həssas məlumatların mövcud virtual mühitdən kənara çıxmasının qarşısı alınmaqla daha yüksək səviyyədə məxfilik təmin edilir.

  • Şəbəkədən asılılığın olmaması

    İstifadəçilər internet bağlantısı olmadan hər yerdə və hər zaman sənədləri imzalaya bilərlər.

  • Hüquqi uyğunluq

    Müxtəlif məhkəmə işlərində elektron imzalar üçün hüquqi tələblərə cavab verir.

Texniki vasitələr

1
https://s3api.rinn.az/download/getRedirect?id=df1714353f42e0fb7d9e8d8cebe6a66d&appname=demo
https://s3api.rinn.az/download/getRedirect?id=aebe2d35b941b5d64f4d33bc45a9cf75&appname=demo

SİMA imzalayıcı

2
https://s3api.rinn.az/download/getRedirect?id=3cc5ec20c299f1e92c118f69a95032ff&appname=demo
https://s3api.rinn.az/download/getRedirect?id=a07e406a2453f82d951a4455866941d7&appname=demo

SİMA Token Drayver

3
https://s3api.rinn.az/download/getRedirect?id=45aefb31cdfc8536494cb05f83543c84&appname=demo
https://s3api.rinn.az/download/getRedirect?id=a07e406a2453f82d951a4455866941d7&appname=demo

Kök mərkəzinin sertifikatları

Xəbər yoxdur

Elə indi SİMA Token Oflayn imzalayıcı həllini əldə et!

Elektron imza tələb olunan bütün rəqəmsal xidmətlərdən yararlanın.
Tez-tez verilən suallar
Oflayn imzalayıcı ilə bağlı tez-tez verilən suallara buradan cavab tapa bilərsiniz.

SİMA Token Oflayn İmzalayıcı nədir?

SİMA Token Oflayn İmzalayıcı, internet bağlantısı olmadan kompüterinizdəki sənədləri təhlükəsiz şəkildə imzalamağa, eləcə də imzalanmış sənədlərinin yoxlanılmasına imkan verən proqramdır. İstifadəçilər SİMA USB token vasitəsilə müxtəlif sənəd formatlarını imzalaya bilərlər. 

SİMA Token Oflayn İmzalayıcı ilə imzalamanı həyata keçirmək üçün nə etməliyəm?

Zəruri olan proqram təminatlarını yükləmək və imza növündən asılı olaraq SİMA token USB sifariş etmək lazımdır. 

SİMA Token Oflayn İmzalayıcı ilə hansı sənəd formatlarını imzalaya bilərəm?

SİMA Token Oflayn İmzalayıcı PDF, Word, Excel, PNG kimi çoxsaylı sənəd formatlarını dəstəkləyir. İmzalanmış sənədlər nəticədə “Edoc” formatına çevrilir. 

SİMA Token Oflayn İmzalayıcı ilə eyni anda neçə sənəd imzalaya bilərəm?

SİMA Token Oflayn İmzalayıcı birdən çox sənədi eyni vaxtda imzalamağa imkan verir. Bu xüsusiyyət vaxta qənaət etməyə kömək edir. 

İmzalanmış sənədlərim üçün təhlükəsizlik necə təmin olunur?

Bütün imzalama əməliyyatları kompüterdə həyata keçirilir, eləcə də ənənəvi şifrələmə və təhlükəsizlik protokollarından istifadə edilir. 

SİMA Token Oflayn İmzalayıcı ilə hansı sənəd formatlarını yoxlaya bilərəm?

SİMA Token Oflayn İmzalayıcı yoxlama funksiyası “Edoc” formatını dəstəkləyir. 

SİMA Token Oflayn İmzalayıcı istifadə etməyim üçün internet lazımdırmı?

SİMA Token Oflayn İmzalayıcı ilə sənədləri imzalamaq üçün internetə ehtiyac yoxdur. Bütün əməliyyatları istifadəçi kompüterində internet olmadan icra edə bilir. 

SİMA Token Oflayn İmzalayıcı hansı üstünlükləri təklif edir?

 

Oflayn imzalama daha yüksək təhlükəsizlik və məxfilik təmin edir, Bundan əlavə, internet bağlantısına ehtiyac olmadığı üçün istənilən vaxt və yerdə istifadə etmək mümkündür.