SİMA Pay ilə təmassız ödənişlər et!

SİMA Pay istifadəçilərin biometrik identifikasiya vasitəsilə təhlükəsiz və sürətli ödənişlər etməsinə imkan verən, tərəfdaşların müxtəlif biznes proseslərinə inteqrasiya edə biləcəyi biometrik ödəniş həllidir.

Funksiyalar

SİMA Pay biometrik təsdiqə əsaslanan təhlükəsiz və təmassız ödəniş həllidir.

  • <b>Təmassız  ödənişlər</b><span> İstifadəçilər fiziki kartlar və ya mobil cihazlara ehtiyac duymadan ödənişləri biometrik məlumatlar əsasında təmassız şəkildə həyata keçirə bilərlər.</span>

    Təmassız ödənişlər İstifadəçilər fiziki kartlar və ya mobil cihazlara ehtiyac duymadan ödənişləri biometrik məlumatlar əsasında təmassız şəkildə həyata keçirə bilərlər.

  • <b>Biometrik ödəniş profili yaratmaq</b><span>İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN və seriya nömrəsi ilə qeydiyyatı tamamlayır, daha sonra biometrik testdən keçir. Profil təsdiqləndikdən sonra isə daimi istifadə ediləcək hesab əlavə edilir.</span>

    Biometrik ödəniş profili yaratmaqİstifadəçi şəxsiyyət vəsiqəsinin FİN və seriya nömrəsi ilə qeydiyyatı tamamlayır, daha sonra biometrik testdən keçir. Profil təsdiqləndikdən sonra isə daimi istifadə ediləcək hesab əlavə edilir.

  • <b>Ödəniş vasitəsi əlavə etmək </b><span> SİMA Pay məhsulu provayderlər vasitəsilə asanlıqla digər bank və ya elektron pul kisəsi hesablarına bağlana bilir.</span>

    Ödəniş vasitəsi əlavə etmək SİMA Pay məhsulu provayderlər vasitəsilə asanlıqla digər bank və ya elektron pul kisəsi hesablarına bağlana bilir.

  • <b>Müxtəlif sahələrə inteqrasiya </b><span> SİMA Pay biometrik texnologiyası ictimai nəqliyyat, tibb müəssisələri, otellər və kurortlar kimi müxtəlif biznes sahələrinə inteqrasiya edilə bilər. </span>

    Müxtəlif sahələrə inteqrasiya SİMA Pay biometrik texnologiyası ictimai nəqliyyat, tibb müəssisələri, otellər və kurortlar kimi müxtəlif biznes sahələrinə inteqrasiya edilə bilər.

SİMA Pay ilə tanış ol!

SİMA Pay ilə təmassız ödənişlər et!

SİMA Pay-in üstünlükləri

  • Xərclərin azalması

    Müəssisələrin Card Processing, BKM (VİSA/MASTER) kimi aralıq xidmətlərdən istifadə ehtiyacı aradan qalxdığına görə xərclər azalır, istifadəçilər isə əlavə keşbek və endirimlər əldə edirlər.

  • Əməliyyatların əlverişliliyi

    İstifadəçilər fiziki kartlara, şifrələrə və ya mobil cihazlara ehtiyac duymadan, sadəcə biometrik məlumatları ilə əməliyyatları həyata keçirə bilirlər. Biometrik məlumatlar hər bir istifadəçiyə məxsus olduğuna görə, əməliyyatlar daha rahat və sürətli icra edilir.

  • Dələduzluq riskinin aradan qaldırılması

    Biometrik məlumatların təkrarlanması çətin olduğu üçün, bu sistem saxtakarlıq halları riskini minimuma endirir və maksimum təhlükəsizlik təmin edir.

  • Müştəri təcrübəsinin optimallaşdırılması

    Biometrik ödənişlər kartı oxutmaq və ya mobil telefonu yaxınlaşdırmaqdan daha sürətli olur, bu isə xüsusilə sıxlıq olan mühitlərdə əməliyyatların icra müddətini minimuma endirməklə müştəri məmnuniyyətini artırır.

SİMA Pay ilə təmassız ödənişlər et!

SİMA Pay biometrik ödəniş həllini əldə etmək üçün müraciət formunu doldurun.

Xəbər yoxdur

Tez-tez verilən suallar
SİMA ilə bağlı tez-tez verilən suallara bu bölmədən cavab tapa bilərsiniz

SİMA Pay nədir?

SİMA Pay üz tanıma texnologiyasına əsaslanan təhlükəsiz və sürətli biometrik ödəniş həllidir.


SİMA Pay-dan necə istifadə edə bilərəm?

Tətbiqdə şəxsiyyət vəsiqənizin FİN kodu və seriyasını daxil edin. Daha sonra biometrik eyniləşdirməni tamamlayın. Bank kartınızı da əlavə etdikdən sonra, ödəniş məntəqəsində üzünüzü kameraya tutaraq ödənişi həyata keçirə bilərsiniz.


SİMA Pay təhlükəsizdirmi?

Biometrik məlumatlar yalnız istifadəçiyə məxsus olub təkrarolunmazdır. Buna görə də sistem saxtakarlıq riskini minimuma endirir və maksimum təhlükəsizlik təmin edir.


Fiziki kart və ya mobil telefon lazımdırmı?

Fiziki kart və ya mobil cihazlara ehtiyac duymadan ödənişləri təmassız həyata keçirə bilərsiniz.


SİMA Pay hansı məntəqələrdə keçərlidir?

Biometrik kameralarla təchiz olunmuş bütün ticarət məntəqələrində SİMA Pay-dan istifadə edə bilərsiniz.


Şəxsiyyətimi necə təsdiqləyir?

Şəxsiyyət vəsiqənizdəki şəkil biometrik eyniləşdirmə zamanı olan görüntülərlə müqayisə edilir və məlumatlar təsdiqlənir.


Kart məlumatlarım necə qorunur?

SİMA Pay kart məlumatlarınızı fiziki formada saxlamır, biometrik identifikasiya ilə təhlükəsiz ödənişlər edir.


Ödənişi geri qaytarmaq mümkündürmü?

SİMA Pay ilə edilən ödənişlərin geri qaytarılmasını həyata keçirən ticarət məntəqələrinə müraciət edə bilərsiniz.