SİMA – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.
SİMA Token – beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə məqsədi üçün istifadə edilən gücləndirilmiş elektron imzadır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
SİMA İmza tətbiqini yükləyib VÖEN-i daxil edərək hüquqi şəxs imzası və abunəlik əldə edin. Onlayn şəkildə xidmətlərdən yararlanın.
Biznes fəaliyyəti zamanı istifadəçinin kimliyini müəyyənləşdirin və məlumatların qanuni olduğunu təsdiq edin.
SİMA KYC-nin Videozəng həlli üztanıma texnologiyası ilə müştərilər və xidmət verənlər arasında təhlükəsiz videozəngləri təmin edir.
SİMA KYC Videoyazı, müasir elektron şəxsiyyət təsdiqi üçün nəzərdə tutulmuş videoyazı həllidir. Bu həll vasitəsilə istifadəçilər video formatında özlərini və sənədlərini təqdim edir, təsdiq mətni oxuyaraq şəxsiyyətlərini təsdiqləyirlər. Bu yanaşma təhlükəsizliyi və rahatlığı artıraraq uzaqdan təsdiqi mümkün edir və dələduzluq riskini azaldır.
SİMA Onlayn İmzalayacı sənədləri internet üzərindən təhlükəsiz və səmərəli imzalamaq üçün nəzərdə tutulmuş rəqəmsal imzalama həllidir. Proses həyata keçirilən zaman SİMA USB tokenindən istifadə edilir. Müxtəlif onlayn sistemlər və platformalarla API vasitəsilə güclü inteqrasiya imkanları təklif edir, bir neçə tərəfin müxtəlif yerlərdən sənədləri imzalamasına imkan verir.
SİMA Token Oflayn İmzalayıcı, internet bağlantısı olmadan təhlükəsiz bir şəkildə SİMA USB tokeni vasitəsilə sənədlərinizi imzalayaraq məlumatlarınızın etibarlılığını və bütövlüyünü təmin edir.
SİMA Pay istifadəçilərin biometrik identifikasiya vasitəsilə təhlükəsiz və sürətli ödənişlər etməsinə imkan verən, tərəfdaşların müxtəlif biznes proseslərinə inteqrasiya edə biləcəyi biometrik ödəniş həllidir.