SİMA İmza tətbiqini yükləyib VÖEN-i daxil edərək hüquqi şəxs imzası və abunəlik əldə edin. Onlayn şəkildə xidmətlərdən yararlanın.
“SİMA İmza” hüquqi şəxslərə limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir.
Limitsiz sayda sənədlərin imzalanması
Limitsiz sayda sənədlərin yoxlanması
İmza sahibinin istənilən şirkət əməkdaşına hüquqi şəxsin imza hüququnu verməsi
Şirkət rəhbərinin şirkət əməkdaşlarına imza hüququ ötürmək rolu verməsi
Seçilmiş əməkdaşların abunəliyinin toplu halda ödənməsi
QR-kod istifadə edərək sənədlərin imzalanması
Artıq SİMA İmza Hüquqi Şəxs Həlli ilə büdcənizə qənaət edərək əlavə fiziki daşıyıcıya ehtiyac olmadan sənədlərinizi imzalaya bilərsiniz
Artıq növbələrdə gözləməyə ehtiyac yoxdur. İşlərinizi məsafədən həll edin
Əlavə əməliyyat xərclərinizi minimallaşdırmaq üçün innovativ həldən yararlanın
Hüquqi şəxs fəaliyyətinizdə sənəd işlərinizi əlavə cihaz istifadə etmədən tənzimləyin
Kağız sənədlərin istifadəsini azaldaraq məlumat itkisinə son qoyun
Zaman və məkandan asılı olmadan imzalama
Artıq növbələrdə gözləməyə ehtiyac yoxdur. İşlərinizi məsafədən həll edin
Büdcəyə qənaət - maliyyə xərclərinin azalması
Əlavə əməliyyat xərclərinizi minimallaşdırmaq üçün innovativ həldən yararlanın
Əlavə fiziki daşıyıcı olmadan imzadan istifadə
Hüquqi şəxs fəaliyyətinizdə sənəd işlərinizi əlavə cihaz istifadə etmədən tənzimləyin
Sənəd itkisi probleminin aradan qaldırılması
Kağız sənədlərin istifadəsini azaldaraq məlumat itkisinə son qoyun
Ətraflı məlumat əldə etmək üçün qeydiyyatı tamamlayın, sizinlə əlaqə saxlayaq.
SİMA İmza hansı qanunlara əsaslanır?
SİMA İmza Azərbaycan Respublikasının "Elektron imza və elektron sənəd haqqında", "Biometrik informasiya haqqında" və "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Qanunlarına tam uyğundur.
SİMA İmza – hüquqi şəxslər həlli dedikdə nə nəzərdə tutulur?
Son istifadəçilərinin hüquqi şəxslər olduğu, üztanıma və açıq açar texnologiyasını özündə birləşdirən rəqəmsal imza.
Hüquqi şəxs imzasından istifadə etmək hüququ kimlərə şamil edilir?
Hüquqi şəxs imzasından istifadə etmək hüququ iki tip istifadəçiyə şamil olunur:
1. Şirkətin qanuni təmsilçisinə
2. Şirkətin qanuni təmsilçisinin səlahiyyət verdiyi əməkdaşlara
SİMA İmza tətbiqində hüquqi şəxs sertifikatını əldə etmək ödənişlidirmi?
SİMA ilə hüquqi şəxs sertifikatının əldə edilməsi tamamilə ödənişsizdir. İstifadəçi yalnız sertifikatdan istifadə edə bilməsi üçün tarif seçimi edərək abunəlik haqqının ödənişini edir. Abunəlik üzrə 1 aylıq abunə haqqı 2.40 AZN (ƏDV daxil), 1 illik abunə haqqı 25 AZN (ƏDV daxil), 3 illik abunə haqqı isə 55 AZN (ƏDV daxil) təşkil edir.
Hüquqi şəxs imzasından istifadə etmək üçün SİMA İmza mobil tətbiqində necə qeydiyyatdan keçmək olar?
İlkin mərhələdə SİMA İmza tətbiqində vətəndaş qismində qeydiyyatdan keçmək lazımdır. Daha sonra tətbiqdə “Sertifikat əlavə et” düyməsini seçib hüquqi şəxsin VÖEN məlumatlarını daxil etmək lazımdır. Növbəti mərhələdə, razılaşma sənədi pin-kod daxil edilib vətəndaş imzası ilə imzalanır. Son olaraq, hüquqi şəxs sertifikatına ad və pin-kod təyin etməklə 3 illik sertifikatı əldə etmiş olursunuz.
Əgər şirkətin qanuni təmsilçisi deyilsinizsə, əvvəlcə şirkətin qanuni təmsilçisi tərəfindən hüquqi şəxs kimi sertifikat alınmalı və daha sonra sizə müvafiq icazə təmin edilməlidir.
Hüquqi şəxslər üçün sənəd imzalanması prosesi necə baş verir?
- SİMA İmza mobil tətbiqində hüquqi şəxs profilinizi açaraq “Əlavə et” düyməsini seçirsiniz.
- İmzalanmalı olan PDF faylı əlavə edərək pin-kodunuzu daxil edirsiniz.
SİMA rəqəmsal imza tərəfdaş şirkət və qurumların sistemləri daxilində də istifadə oluna bilər.
SİMA İmza ilə əldə olunan hüquqi şəxs sertifikatının müddəti nə qədərdir?
Qeydiyyat zamanı əldə olunan rəqəmsal imza sertifikatının etibarlılıq müddəti 3 (üç) ildir.
Tarifi necə dəyişə bilərəm?
Mövcud tarifi dəyişmək üçün menyudan tariflər alt menyusuna keçid edərək mövcud/seçilmiş tarif haqqında məlumat almaq, “Tarifi dəyiş” seçimi etməklə tarifi dəyişmək və ya şirkətin səlahiyyətli şəxsi tərəfindən SİMA Kabinetə daxil olub abunəliyin dəyişdirilməsi mümkündür.
Tarif dəyişdirildikdə əvvəlki abunəliyim qalırmı?
Tarif dəyişikliyi edildikdə yeni abunəlik müddəti öncədən qalan abunəlik müddətinin üzərinə əlavə olunur.
Hüquqi şəxs imzası nə zaman deaktiv ola bilər?
Hüquqi şəxs imzasının iki halda istifadəsi limitlənə və deaktiv ola bilər.
1 Sizin abunəliyiniz mövcud deyilsə
2 Sizin hüquqi şəxs imzası almaq icazəniz qanuni təmsilçiniz tərəfindən ləğv edilmişdirsə
Sertifikat müddəti bitdikdə nə etməliyəm?
Sertifikatın müddəti 3 ildir və bu müddət bitdikdə menyunun profil bölməsindən “Sertifikatı yenilə” funksionallığından istifadə edərək prosesi təsdiqləməklə təkrar 3 illik sertifikat əldə edə bilərsiniz.
Abunəlik müddəti bitdikdə nə etməliyəm?
Abunəlik müddəti bitdikdə menyunun tariflər bölməsindən münasib tarif planını seçərək abunəliyi yeniləmək və ya şirkətin səlahiyyətli şəxsi tərəfindən SİMA Kabinetə daxil olub abunəliyin dəyişdirmək mümkündür.
SİMA İmza ilə imzalanmış sənədin həqiqiliyini necə yoxlaya bilərəm?
SİMA İmza ilə imzalanmış PDF sənədin imza məlumatlarını yoxlamaq üçün sənədi “Adobe Reader” ilə açmaq, faylın yuxarı hissəsində yerləşən imza panelindəki “Signature Panel”ə keçid etmək lazımdır. Əməliyyatı SİMA İmza mobil tətbiqində “sənəd yoxla” hissəsinə keçib faylı əlavə etməklə də icra etmək mümkündür.
Promokod nə üçündür?
Promokod müəyyən dövrlər üçün istifadə olunan endirim və kampaniyalardan yararlanmaq üçün nəzərdə tutulub.
SİMA Kabinet nədir?
SİMA Kabinet - Şirkətin qanuni təmsilçisinin və ya onun səlahiyyət ötürdüyü əməkdaşın öz SİMA İmzası ilə şirkətin digər əməkdaşlarına hüquqi şəxs imzası almaq üçün icazə təmin etdiyi, həmin əməkdaşların abunəlik ödənişini etdiyi, portaldaxili səlahiyətlərini hər hansı bir əməkdaşa ötürə bildiyi portaldır.
SİMA Kabinetdən kimlər istifadə edə bilər?
SİMA Kabinet portalından istifadə etmək hüququ iki tip istifadəçiyə şamil olunur:
1. Şirkətin qanuni təmsilçisinə
2. Şirkətin qanuni təmsilçisinin portal üçün rol verdiyi əməkdaşlara
SİMA Kabinet daxilində etibarnamə modulu nə üçündür?
Etibarnamə modulu vasitəsilə portal istifadəçisi şirkətin istənilən əməkdaşına hüquqi şəxs olaraq imza almaq icazəsini təmin edə bilər. Portal istifadəçisi bu modul daxilində şirkətin bütün əməkdaşlarının siyahısını görə bilər. Qeyd edək ki, rol ötürülən əməkdaş özü başqa əməkdaşa rol ötürə bilmir, lakin sertifikat verə bilir. Rol ötürülmüş əməkdaşın sertifikatını ləğv etmək üçün isə əvvəlcə rolu ləğv olunmalıdır.
SİMA Kabinet daxilində rol ötürmə modulu nə üçündür?
Rol ötürmə modulu vasitəsilə portal istifadəçisi şirkətin istənilən əməkdaşına portaldan istifadə üçün icazə təmin edə bilər. Bu icazə vasitəsilə rol ötrülmüş əməkdaş həm hüquqi şəxs olaraq SİMA İmza əldə edə, həm də bu imza ilə portala daxil ola bilər.
Etibarnamə və ya rol ötürülmüş əməkdaş işdən çıxdıqda nə baş verir?
Şirkətin insan resursları sistemində işdən azad edilmiş əməkdaşın mövcud bütün icazələri, rolu və etibarnaməsi sistem tərəfindən ləğv edilir. İşçinin abunəlik sertifikatı üçün ödənilmiş vəsait geri qaytarılmır.
SİMA İmza tətbiqi mobil cihazdan silindikdə və ya qeydiyyatdan keçdiyim telefon itdikdə nə etməliyəm?
Tətbiq mobil cihazdan silindikdə həm vətəndaş, həm fərdi sahibkar həm də hüquqi şəxs sertifikatı silinir. Bu zaman tətbiqi yenidən yükləyib təkrar qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı ilk öncə vətəndaş kimi tamamlayıb, VÖEN və digər məlumatları təqdim edib təkrar fərdi sahibkar və ya hüquqi şəxs sertifikatınızı əldə edə bilərsiniz. Tətbiqin silinməsinin abunəlik müddətinə heç bir təsiri yoxdur. Qeydiyyat tamamlandıqda, qalmış abunəlik müddəti təkrar əlavə edilir. Telefon itdikdə isə Çağrı Mərkəzi (157) ilə əlaqə saxlayıb sertifikatın ləğvi üçün müraciət etmək lazımdır.
SİMA Kabinet daxilində abunəlik modulu nə üçündür?
Abunəlik modulu vasitəsilə portal istifadəçisi şirkətin işçilərinin abunəlik ödənişlərini edə bilər. Portal istifadəçisi bu modul daxilində hüquqi şəxs olaraq imza almaq icazəsi təmin etdiyi işçilərinin siyahısını görə bilər.