Fərdi sahibkarlar üçün rəqəmsal imza

SİMA tətbiqini yükləyin və VÖEN-i daxil etməklə sahibkar sertifikatınızı əldə edin. Biznesinizi daha effektiv idarə edin və gündəlik gördüyünüz işlərinizi daha rahat tənzimləyin.

Xidmət sahələri
Funksiyalar

    SİMA-nın üstünlükləri

      SİMA-nın üstünlükləri

        SİMA fərdi sahibkar həllini necə əldə etmək olar?

        • SİMA tətbiqində “Sertifikat əlavə et” hissəsinə keçid edin
        • VÖEN-i daxil edin və razılaşma sənədini vətəndaş imzanızla imzalayın
        • Əldə edəcəyiniz fərdi sahibkar sertifikatı üçün ad təyin edin
        • Əldə edəcəyiniz fərdi sahibkar sertifikatı üçün pin-kod təyin edin
        • Sizə uyğun tarifi seçərək prosesi tamamlayın

        Tariflər

        Elə indi SİMA rəqəmsal imzaya sahib ol!

        Mobil tətbiqi yükləyin, 3 addımda imza əldə edin.

        Xəbər yoxdur

        Tez-tez verilən suallar
        SİMA ilə bağlı tez-tez verilən suallara bu bölmədən cavab tapa bilərsiniz

        SİMA İmza nədir?

        SİMA İmza – elektron imzanın bulud texnologiyalarına əsaslanan versiyasıdır. Bu həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir.

        SİMA İmza hansı qanunlara əsaslanır?

        SİMA İmza Azərbaycan Respublikasının "Elektron imza və elektron sənəd haqqında" ,"Biometrik informasiya haqqında" və "Azərbaycan Respublikasında elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qanunlarına tam uyğundur.

        Fərdi sahibkarlar üçün sənəd imzalanması prosesi necə baş verir?

        SİMA İmza mobil tətbiqində fərdi sahibkar profilinizi açaraq “Əlavə et” seçirsiniz. İmzalanmalı olan PDF faylı əlavə edərək pin-kod daxil edirsiniz. Bununla da sənədin imzalanması baş verir. SİMA rəqəmsal imza tərəfdaş şirkət və qurumların sistemləri daxilində xidmətlərindən yararlandıqda da istifadə oluna bilər.

        SİMA İmza ilə əldə olunan fərdi sahibkar sertifikatının müddəti nə qədərdir?

        Qeydiyyat zamanı əldə olunan rəqəmsal imza sertifikatının etibarlılıq müddəti 3 (üç) ildir.

        SİMA İmza ilə əldə olunan fərdi sahibkar sertifikatının müddəti nə qədərdir?

        Qeydiyyat zamanı əldə olunan rəqəmsal imza sertifikatının etibarlılıq müddəti 3 (üç) ildir.

        SİMA İmza tətbiqində fərdi sahibkar sertifikatını əldə etmək ödənişlidirmi?

        SİMA İmza ilə fərdi sahibkar sertifikatının əldə edilməsi tamamilə ödənişsizdir. İstifadəçi yalnız sertifikatdan istifadə edə bilməsi üçün tarif seçimi edərək abunəlik haqqının ödənişini edir. Abunəlik üzrə 1 aylıq abunə haqqı 2.40 AZN (ƏDV daxil), 1 illik abunə haqqı 25 AZN (ƏDV daxil), 3 illik abunə haqqı isə 55 AZN (ƏDV daxil) təşkil edir.

        Fərdi sahibkarlar üçün sənəd imzalanması prosesi necə baş verir?

        SİMA İmza mobil tətbiqində fərdi sahibkar profilinizi açaraq “Əlavə et” seçirsiniz. İmzalanmalı olan PDF faylı əlavə edərək pin-kod daxil edirsiniz. Bununla da sənədin imzalanması baş verir. SİMA rəqəmsal imza tərəfdaş şirkət və qurumların sistemləri daxilində xidmətlərindən yararlandıqda da istifadə oluna bilər.


        Tarifi necə dəyişə bilərəm?

        Mövcud tarifi dəyişmək üçün menyudan tariflər alt menyusuna keçid edərək mövcud/seçilmiş tarif haqqında məlumat almaq, “Tarifi dəyiş” seçimi etməklə tarifi dəyişmək mümkündür.


        Sertifikat müddəti bitdikdə nə etməliyəm?

        Sertifikatın müddəti 3 ildir və bu müddət bitdikdə menyunun profil bölməsindən “Sertifikatı yenilə” funksionallığından istifadə edərək prosesi təsdiqləməklə təkrar 3 illik sertifikat əldə edə bilərsiniz.


        Abunəlik müddəti bitdikdə nə etməliyəm?

        Abunəlik müddəti bitdikdə menyunun tariflər bölməsindən münasib tarif planını seçərək abunəliyi yeniləyə bilərsiniz.


        SİMA İmza tətbiqi mobil cihazdan silindikdə və ya qeydiyyatdan keçdiyim telefon itdikdə nə etməliyəm?

        Tətbiq mobil cihazdan silindikdə həm vətəndaş, həm fərdi sahibkar həm də hüquqi şəxs sertifikatı silinir. Bu zaman tətbiqi yenidən yükləyib təkrar qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı ilk öncə vətəndaş kimi tamamlayıb, VÖEN və digər məlumatları təqdim edib təkrar fərdi sahibkar və ya hüquqi şəxs sertifikatınızı əldə edə bilərsiniz. Tətbiqin silinməsinin abunəlik müddətinə heç bir təsiri yoxdur. Qeydiyyat tamamlandıqda, qalmış abunəlik müddəti təkrar əlavə edilir. Telefon itdikdə isə Çağrı Mərkəzi (157) ilə əlaqə saxlayıb sertifikatın ləğvi üçün müraciət etmək lazımdır.

        SİMA İmza tətbiqini necə yükləyə və istifadə edə bilərəm?

        SİMA İmza-nı “Google Play Store” və “Apple App Store”dan yükləyib qeydiyyatdan keçərək inteqrasiya olunduğu istənilən xidmət sahələrində istifadə edə bilərsiniz.


        “Tərəfdaşlar” dedikdə nə nəzərdə tutulur?

        “Tərəfdaşlar” dedikdə SİMA İmza ilə inteqrasiya olunmuş, elektron xidmət göstərən dövlət qurumları və özəl təşkilatlar nəzərdə tutulur.


        SİMA İmza tətbiqi mobil cihazdan silindikdə və ya qeydiyyatdan keçdiyim telefon itdikdə nə etməliyəm?

        Tətbiq mobil cihazdan silindikdə həm vətəndaş, həm də fərdi sahibkar sertifikatı silinir. Bu zaman tətbiqi yenidən yükləyib təkrar qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatı ilk öncə vətəndaş kimi tamamlayıb, VÖEN və digər məlumatları təqdim edib təkrar fərdi sahibkar sertifikatınızı əldə edə bilərsiniz. Tətbiqin silinməsinin abunəlik müddətinə heç bir təsiri yoxdur, qeydiyyat tamamlandıqda, qalmış abunəlik müddəti təkrar əlavə edilir. Telefon itdikdə isə müştəri xidmətləri ilə əlaqə saxlayıb sertifikatın ləğvi üçün müraciət etmək lazımdır.


        Vətəndaş olaraq SİMA İmza-dan istifadə etmək ödənişlidirmi?

        Xeyr, SİMA İmza-nın istifadəsi vətəndaşlar üçün tamamilə ödənişsizdir.

         


        SİMA İmza tətbiqində necə qeydiyyatdan keçə bilərəm?

        Qeydiyyat prosesi 3 mərhələdən ibarətdir:


        •Şəxsiyyət vəsiqəsinin təqdim edilməsi;

        •Üztanıma testi;

        •Pin-kodun təyin edilməsi.

        Biometrik məlumatların təqdim edilməsi əməliyyatı uğursuz oldu, nə etməliyəm?

        Bu zaman Zəng Mərkəzi (157) ilə əlaqə saxlamaq lazımdır.


        Fiziki məhdudiyyətli insanlar SİMA İmza tətbiqindən qeydiyyatdan keçə bilərmi?

        Bəli, qeydiyyat mərhələləri ardıcıl olaraq yerinə yetirildikdə istənilən şəxs qeydiyyatdan keçə bilər.


        Sənəd imzalanması prosesi necə baş verir?

        Bunun üçün istifadəçi SİMA İmza-nın inteqrasiya olunduğu tərəfdaşların tətbiq və ya veb-səhifəsinə SİMA İmza ilə daxil olur, xidmətlərdən birini seçir və müraciət formasını doldurur. İstifadəçi “SİMA İmza ilə imzala” seçərək, imzalama həyata keçirilir. Proses tərəfdaşın mobil tətbiqi üzərindən həyata keçirilirsə, bu zaman SİMA İmza tətbiqi açılır və istifadəçi ona gələn bildirişi təsdiqləyir, qeydiyyat zamanı təyin etdiyi 6 rəqəmli pin kodu daxil edərək müqaviləni imzalayır. Proses tərəfdaşın veb səhifəsi üzərindən həyata keçirilirsə, bu zaman QR-kod yaranır və istifadəçi SİMA tətbiqini açaraq “QR kodu skan edin” seçir, qeydiyyat zamanı təyin etdiyi 6 rəqəmli pin-kodu daxil edir və əməliyyatın icrasını təsdiq edərək müqaviləni imzalayır.


        Tarif dəyişdirildikdə əvvəlki abunəliyim qalırmı?

        Tarif dəyişikliyi edildikdə yeni abunəlik müddəti öncədən qalan abunəlik müddəti üzərinə əlavə olunur.


        SİMA İmza ilə imzalanmış sənədin həqiqiliyini necə yoxlaya bilərəm?

        SİMA İmza ilə imzalanmış PDF sənədin imza məlumatlarını yoxlamaq üçün sənədi Adobe Reader ilə açmaq, faylın yuxarı hissəsində yerləşən imza panelindəki “Signature Panel”ə keçid etmək lazımdır. Əməliyyatı SİMA İmza mobil tətbiqində “sənəd yoxla” hissəsinə keçib faylı əlavə etməklə də icra etmək mümkündür.


        Mənə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib başqa birinin biometrik məlumatlarını təqdim etdikdə nə baş verir?

        Mənə oxşayan şəxs əvəzimə qeydiyyatdan keçə bilərmi? Biometrik məlumatların əldə olunmasının əsas məqsədi şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşın sənədin sahibi olduğunu yoxlamaqdır. Prosesin uğurla tamamlanması üçün şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşın biometrik məlumatlarının eyni olması şərtdir.