Elektron sənədlərini SİMA Token ilə imzala

SİMA Token – beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə məqsədi üçün istifadə edilən gücləndirilmiş elektron imzadır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

SİMA-nın üstünlükləri

    SİMA-nın üstünlükləri

      SİMA Token necə işləyir?

      1
      https://s3api.rinn.az/download/getRedirect?id=4924ea3d81707fc8abad2bfc512e8f3a&appname=demo
      https://s3api.rinn.az/download/getRedirect?id=319503c02dc719214c51f1ab9b60a8ff&appname=demo

      SİMA İmzalayıcı proqram təminatını yükləyin və quraşdırın

      2
      https://s3api.rinn.az/download/getRedirect?id=3cc5ec20c299f1e92c118f69a95032ff&appname=demo
      https://s3api.rinn.az/download/getRedirect?id=a07e406a2453f82d951a4455866941d7&appname=demo

      SİMA Token driver yükləyin və quraşdırın

      3
      https://s3api.rinn.az/download/getRedirect?id=45aefb31cdfc8536494cb05f83543c84&appname=demo
      https://s3api.rinn.az/download/getRedirect?id=a07e406a2453f82d951a4455866941d7&appname=demo

      Mərkəzi sertifikatı yükləyin və quraşdırın

      4
      https://s3api.rinn.az/download/getRedirect?id=df1714353f42e0fb7d9e8d8cebe6a66d&appname=demo
      https://s3api.rinn.az/download/getRedirect?id=aebe2d35b941b5d64f4d33bc45a9cf75&appname=demo

      SİMA Tokeni kompüterə qoşun və istədiyiniz sənədi imzalayın

      Xidmət sahələri

      • Oflayn sifariş üçün linkə daxil olaraq istifadəçi növünü seçib ona uyğun formu doldurub sifarişi tamamlamaq mümkündür.

      • Oflayn sifariş üçün linkində istifadəçi növünə uyğun tələb olunan sənədlərlə tanış olub, həmin sənədləri toplayıb satış məntəqələrinə yaxınlaşaraq sifarişi tamamlamaq mümkündür.

      • Sifariş tamamlandıqdan sonra SİMA Tokeni 3 iş günü ərzində sifariş verdiyiniz məntəqədən əldə edə bilərsiniz

      Satış nöqtələri

      Elə indi SİMA Token əldə etmək üçün müraciət edin.

      Elektron imza tələb olunan bütün rəqəmsal xidmətlərdən yararlanın

      Xəbər yoxdur

      Tez-tez verilən suallar
      SİMA ilə bağlı tez-tez verilən suallara bu bölmədən cavab tapa bilərsiniz

      SİMA Token nədir?

      SİMA Token - beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual məkanda şəxsiyyəti müəyyənləşdirmək üçün istifadə edilən, təkmil sertifikatla təchiz edilmiş gücləndirilmiş elektron imzadır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur. Həmçinin imzalanmış elektron sənədin bütövlüyü qorunur, məlumat şifrlənmiş şəkildə göndərildiyi üçün məxfiliyi təmin edilir.


      SİMA Tokendən kimlər istifadə edə bilər?

      SİMA Tokendən Azərbaycan Respublikasının vətəndaşları, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları, həmçinin qeyri-rezident fiziki şəxslər istifadə edə bilər. Qeyri-rezident kimi SİMA Token əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin verdiyi DYİ (Daimi Yaşayış İcazəsi), MYİ (Müvəqqəti Yaşayış İcazəsi) sənədlərini təqdim etmək lazımdır.

       


      SİMA Tokeni necə əldə edə bilərəm?

       Azərbaycan Respublikasının vətəndaşları, sahibkarlar, hüquqi şəxslər, həmçinin qeyri-rezident fiziki şəxslər SİMA Tokeni həm onlayn, həm də oflayn formada sifariş edə bilər. Dövlət qurumları isə yalnız satış məntəqələri vasitəsilə sifariş edə bilər. ·   Onlayn sifariş üçün https://token.sima.az/az/pricing linkə daxil olaraq istifadəçi növünü seçib ona uyğun formu doldurub sifarişi tamamlamaq mümkündür. ·   Oflayn sifariş üçün https://token.sima.az/az/pricing linkində istifadəçi növünə uyğun tələb olunan sənədlərlə tanış olub, həmin sənədləri toplayıb satış məntəqələrinə yaxınlaşaraq sifarişi tamamlamaq mümkündür. Sifariş tamamlandıqdan sonra SİMA Tokeni 3 iş günü ərzində sifariş verdiyiniz məntəqədən əldə edə bilərsiniz.

      SİMA Tokenin satış məntəqələri hansılardır?

      ·      www.token.sima.az saytı - onlayn müraciətlər üçün

      ·      Bakı ş., Üzeyir Hacıbəyov küç. 72 (“Şəbəkə” xidmətləri mərkəzi)

      ·      Bakı ş., Dilarə Əliyeva küç. 185

      ·      “Azərpoçt” MMC-nin poçt filialları (yalnız bölgələrdə)


      SİMA Tokeni əldə etmək üçün hansı sənədləri təqdim etməliyəm?

      SİMA Tokeni əldə etmək istəyən vətəndaş tək şəxsiyyət vəsiqəsilə satış məntəqələrinə müraciət edə bilər, sertifikatı götürmək üçün isə mütləq şəxsiyyəti təsdiq edən sənədi təqdim edilməlidir. Sahibkarlar, hüquqi şəxslər və dövlət qurumlarının nümayəndələri üçün tələb olunan sənədlərlə tanış olmaq üçün aşağıdakı linkə keçid edin: https://token.sima.az/az/pricing

       


      SİMA Tokendən necə istifadə edə bilərəm?

      SİMA Tokendən necə istifadə edə bilərəm?

      ·      SİMA İmzalayıcı proqram təminatını yükləyin və quraşdırın;

      ·      SİMA Token driver yükləyin və quraşdırın;

      ·      Kök mərkəzi sertifikatı yükləyin və quraşdırın;

      ·      SİMA Tokeni kompüterə qoşun və istədiyin sənədi imzalayın.


      SİMA Token ilə əlavə edilmiş imza əl imzası ilə eyni hüquqi qüvvəyə malikdirmi?

      “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. SİMA Token də təkmil sertifikatlı gücləndirilmiş imza olduğu üçün əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.


      SİMA Token gücləndirilmiş imzadırmı?

      Bəli, SİMA Token Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təkmil sertifikatla təchiz edilmiş gücləndirilmiş elektron imzadır.


      SİMA Token ilə imzalanmış sənədi necə yoxlaya bilərəm?

      SİMA Token ilə imzalanmış sənədi SİMA İmzalayıcı proqram təminatında açaraq və ya https://token.sima.az/az/edoc linkə daxil olub “Sənədi yoxla” bölməsindən sənəd əlavə edərək sənədin kim tərəfindən, nə zaman və hansı sertifikatla imzalandığını görə bilərsiniz.

      SİMA Token daxilindəki elektron imza sertifikatının müddəti nə qədərdir? Elektron imza sertifikatının müddəti bitdikdə nə etməliyəm?

      SİMA Token daxilindəki elektron imza sertifikatının müddəti 3 ildir. Müddət tamamlandıqdan sonra yeni token sifariş edə bilərsiniz.


      Nəyə görə sertifikatın fəaliyyət müddəti var?

      Təhlükəsizlik baxımından hər bir açıq açarın istifadə müddəti sertifikatla müəyyən olunur. Ona görə də, Sertifikat Mərkəzi sertifikatları müddətli şəkildə təqdim edir.


      SİMA Token itərsə və ya zədələnərsə, nə etməliyəm?

      SİMA Token itdikdə imza sahibi dərhal 157 Çağrı Mərkəzinə zəng edərək məlumat verməli, sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ya ləğv edilməsi üçün müraciət etməlidir.


      SİMA Tokenin PUK kodu var və mən PİN kodu unutmuşam, itirmişəm və ya PİN kod bloka düşübsə, nə etməliyəm?

      157 Çağrı Mərkəzinə zəng etməli və ya şəxsiyyət vəsiqəsi və SİMA Token ilə müştəri xidmətlərinə yaxınlaşmaq lazımdır.


      SİMA Tokeni hansı əməliyyat sistemlərində istifadə etmək olar?

      “Windows” əməliyyat sistemlərində.


      SİMA Token ilə imzalanmış sənədin formatı nədir?

      SİMA Token ilə imzalanmış sənədin formatı “edoc” formatdır. Format daxilində sənədin kim tərəfindən və nə zaman imzalandığını müəyyən etmək üçün sənədi SİMA İmzalayıcı proqram təminatında açmaq və ya https://token.sima.az/az/edoc linkə daxil olaraq “Sənədi yoxla” bölməsindən sənədi əlavə etmək lazımdır.