Məxfilik siyasəti

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azerbaijan International Telecom (AzInTelecom)” (bundan sonra - AzInTelecom) “SİMA” tədbiqi (bundan sonra-SİMA) vasitəsilə təklif olunan məhsul və xidmətlərdən istifadə zamanı İstifadəçinin (bundan sonra-İstifadəçi və ya Siz) fərdi məlumatların toplanması, emalı və qorunması prosedurlarının tənzimlənməsi üçün bu Məxfilik Siyasəti (bundan sonra-Məxfilik Siyasəti) tərtib edilmişdir. Bu Məxfilik Siyasətində SİMA-nın xidmətlərindən istifadə edərkən İstifadəçinin fərdi məlumatlarının toplanılması, emalı və qorunması şərtləri göstərilmişdir.

Məxfilik siyasəti haqqında tam məlumat əldə etmək üçün bu Məxfilik siyasətini oxumaq vacibdir.

  • 1. FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI

    • 1.1. Xidmətlərin göstərilməsi üçün zəruri olan hallarda, habelə, qeyd edilən Xidmətlər ilə bağlı İstifadəçi ilə əlaqə qurmaq məqsədilə, AzInTelecom İstifadəçnin fərdi məlumatlarını toplayır. AzInTelecom İstifadəçinin fərdi məlumatlarını yalnız müvafiq normativ – hüquqi aktlar və Məxfilik siyasəti ilə nəzərdə tutulan hallarda və həcmdə üçüncü şəxslərə açıqlaya bilər.

    • 1.2. AzInTelecom İstifadəçinin könüllü olaraq AzInTelecom-a ötürdüyü, aşağıdakı qeyd edilən məlumatları toplayır:

      • • İstifadəçinin şəxsiyyət vəsiqəsi (İstifadəçinin qeydiyyatının həyata keçirilməsi və şəxsi kabinetdən istifadə edilməsi imkanının yaradılması üçün);

      • • Biometrik məlumatlar (İstifadəçinin identifikasiya və verifikasiyası üçün).

    • 1.3. Biometrik məlumatların əldə edilməsi istifadəçilərin üz tanıma texnologiyası ilə biometrik məlumatları təqdim olunan bir prosesdir.

  • 2. FƏRDİ MƏLUMATLARIN EMALI

    • 2.1. AzInTelecom aşağıdakı məqsədlər ilə fərdi məlumatları emal edə bilər:

    • 2.1.1. SİMA-nınn fəaliyyətinin təmin edilməsi, o cümlədən:

    • 2.1.1.1. İstifadəçinin qeydiyyatdan keçməsi və hesabına girişin təsdiqi üçün;

    • 2.1.1.2. SİMA-da hesabı barədə İstifadəçiyə məlumat vermək üçün;

    • 2.1.1.3. hesabdakı məlumatları yeniləmək üçün;

    • 2.1.1.4. SİMA-nın etibarlı və davamlı fəaliyyətini təmin etmək, həmçinin təqdim olunan Xidmətlərin spektrini genişləndirmək və yeniləmək üçün;

    • 2.1.1.5. İstifadəçinin sorğularını cavablandırmaq üçün.

  • 3. FƏRDİ MƏLUMATLARIN PAYLAŞILMASI

    • 3.1. SİMA Xidmətləri ilə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün, AzInTelecom üçüncü tərəf - təchizatçıların xidmətlərindən istifadə edə bilər. Üçüncü şəxslərin xidmətlərinə, yalnız qeyd edilənlər ilə məhdudlaşmadan, İstifadəçilər haqqında məlumatların təhlili, Xidmətlər, veb-saytlar və məlumat bazalarının işlənməsi, yerləşdirilməsi və saxlanılması daxil ola bilər. AzInTelecom bu kimi şəxslərin heç birinə İstifadəçi məlumatından hər hansı digər məqsəd üçün istifadə etməyə və ya bu kimi xidmətlər kontekstindən kənarda İstifadəçi ilə əlaqə saxlamağa icazə vermir.

    • 3.2. AzInTelecom fərdi məlumatları:

    • 3.2.1. dövlət orqanı və ya nümayəndəsinin qanuni sorğusuna, məhkəmə qərarına, hər hansı hüquqi proses də daxil olmaqla, AzInTelecom-in qanun ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək;

    • 3.2.2. AzInTelecom-in hüquq və mənafelərini müəyyən etmək, həyata keçirmək və ya qorumaq üçün zəruri olduqda;

    • 3.2.3. digər şəxsin həyat baxımından mühüm olan mənafelərini qorumaq üçün zəruri olduqda;

    • 3.2.4. fəaliyyətimizin tam və ya bir hissəsinin satılması, verilməsi və ya ötürülməsi və ya yenidən təşkil edilməsi ilə bağlı, və yaxud

    • 3.2.5. digər şəkildə İstifadəçinin razılığını əldə etdiyimiz hallar da daxil olmaqla, qüvvədə olan qanunvericiliyə uyğun olaraq açıqlaya bilər.

    • 3.3. Yuxarıda qeyd edilən hallarda, İstifadəçinin fərdi məlumatlarını Azərbaycan Respublikasının hüdudlarından kənarda fərdi məlumatların müxtəlif səviyyədə hüquqi mühafizəsini təmin edən qanunvericiliyə malik olan ölkələrdə yerləşən üçüncü şəxslərə ötürülə bilər.

    • 3.4. AzInTelecom, topladığı İstifadəçi məlumatını mühafizə etmək üçün qanunvericilik ilə nəzərdə tutulan təhlükəsizlik tədbirlərindən istifadə edir.

    • 3.5. SİMA tədbiqi digər veb-saytlara və ya proqramlara istinadları ehtiva edə bilər. AzInTelecom, bu veb-saytların və proqramların məxfilik siyasətinə nəzarət etmir və ya onların icrasında iştirak etmir. AzInTelecom hər hansı veb-saytların və proqramların məzmununa və/və ya istifadəsinə görə məsuliyyət daşımır.

  • 4. İSTİFADƏÇİ HÜQUQLARI

    • 4.1. Qanunvericilik Sizə:

    • 4.1.1. fərdi məlumatlarınız ilə tanış olmaq;

    • 4.1.2. qeyri-dəqiq məlumatlara düzəliş etməyi tələb etmək;

    • 4.1.3. fərdi məlumatlarınızı silməyi tələb etmək;

    • 4.1.4. fərdi məlumatlarınızın işlənməsinin məhdudlaşdırılmasını tələb etmək;

    • 4.1.5. fərdi məlumatlarınızın işlənməsinə etiraz etmək;

    • 4.1.6. fərdi məlumatlarınızın surətini tələb etmək;

    • 4.1.7. müvafiq nəzarət orqanına şikayət vermək;

    • 4.1.8. fərdi məlumatların işlənməsi üçün əvvəllər verilmiş razılığı geri götürmək, və

    • 4.1.9. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları verir.

    • 4.2. Razılığınızın geri götürülməsi, razılığın geri götürülməsinə qədər həyata keçirdiyimiz istənilən məlumat işlənməsinin qanuniliyinə, eləcə də razılıqdan fərqli olaraq, digər qanuni əsaslara istinad edilərək həyata keçirilən fərdi məlumatlarınızın işlənilməsinə təsir etməyəcək. Hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, info@azintelecom.az elektron ünvanı vasitəsi ilə əlaqə saxlayın.

  • 5. FƏRDİ MƏLUMATLARIN MƏHV EDİLMƏSİ

    • 5.1. Xidmətlərdən istifadə müddəti başa çatdıqda və ya xitam verildikdə, AzInTelecom aşağıdakı üsullardan birinin vasitəsilə İstifadəçinin fərdi məlumatlarını məhv edir:

    • 5.1.1. kağız informasiya daşıyıcısının müvafiq doğrama maşınları vasitəsilə məhv edilməsi;

    • 5.1.2. kağız informasiya daşıyıcısının yandırılması;

    • 5.1.3. kağız informasiya daşıyıcısının kimyəvi məhlullar vasitəsilə məhv edilməsi;

    • 5.1.4. elektron informasiya daşıyıcısının mexaniki təsir üsulu ilə məhv edilərək bərpası mümkün olmayan vəziyyətə salınması;

    • 5.1.5. elektron informasiya daşıyıcısının bərpası mümkün olmayan qaydada formatlanması;

    • 5.1.6. xüsusi proqram təminatı vasitəsilə elektron informasiya daşıyıcısında olan məlumatların bərpası mümkün olmayan qaydada silinməsi;

    • 5.1.7. AzInTelecom -in münasib və uyğun hesab etdiyi hər hansı digər üsulla.

    • 5.2. AzInTelecom, Sizin məlumatlarınızı Xidmətlərdən istifadə etdiyiniz müddət ərzində və bu müddətdən sonra qanuni hüquq və vəzifələrimizə uyğun olaraq 1 (bir) ay ərzində saxlayırıq.

    • 5.3. Bununla belə, saxlama müddəti bitdiyi halda, məlumatların sertifikatların qeydiyyatı, sübut və ya əməliyyat məqsədləri üçün tələb olunub-olunmadığını müəyyən etmək məqsədi ilə həmin məlumatların ləğvi ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl aidiyyəti yoxlanılma aparılmalıdır. Saxlanma müddəti müəyyən edilmədikdə, sənədin istifadə müddəti başa çatdıqdan 1 ay sonra məhv edilə bilər.

  • 6. FƏRDİ MƏLUMATLARIN QORUNMASI

    • 6.1. AZINTECOM FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ İŞLƏNİLMƏSİ ZAMANI FƏRDİ MƏLUMATLARIN TOPLANILMASININ VƏ İŞLƏNİLMƏSİNİN QANUNİLİYİNİ VƏ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİR, HƏR HANSI FƏRDİ MƏLUMATLARI YALNIZ QANUNVERİCİLİK İLƏ NƏZƏRDƏ TUTULAN HALLARDA VƏ HƏCMDƏ İSTİFADƏ EDİR VƏ FƏRDİ MƏLUMATLARI QANUNVERİCİLİYİN TƏLƏBİNƏ UYĞUN OLARAQ MÜHAFİZƏ EDİR. AZINTELECOM-UN QƏSDİ VƏ KOBUD EHTİYATSIZLIĞI NƏTİCƏSİNDƏ MƏLUMATLARIN MÜHAFİZƏSİNİN TAM TƏMİN OLUNMAMASI NƏTİCƏSİNDƏ İSTİFADƏÇİYƏ DƏYƏN ZİYANA GÖRƏ AZINTELECOM QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULAN QAYDADA MƏSULİYYƏT DAŞIYIR.

    • 6.2. AzInTelecom Sizin fərdi məlumatlarınızı qorumaq üçün çalışır. Bunun üçün AzInTelecom müxtəlif təhlükəsizlik texnologiyalarından və informasiyanın icazəsiz girişdən, istifadədən və ya açıqlanmasından qorunmasına yönələn tədbirlərdən istifadə edir. İstifadə etdiyimiz tədbirlər Sizin fərdi məlumatlarınızın emalı riskinə uyğun təhlükəsizlik səviyyəsini təmin etmək üçün nəzərdə tutulmuşdur.

  • 7. “KUKİ” SİYASƏTİ

    • 7.1. Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. AzInTelecom bir çox tədbiqlərdə olduğu kimi, İstifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

    • 7.2. AzInTelecom Sizi istifadəçi kimi tanımaq və Sizin istifadə etdiyiniz xidmətləri və digər onlayn kontenti tənzimləmək, reklam aksiyalarının effektivliyini ölçmək və analitikaları yerinə yetirmək; eləcə də riskləri azaltmaq, potensial saxtakarlığın qarşısını almaq və tədbiqimizdə və xidmətlərimizdə etibarlılığın və təhlükəsizliyin artırılması üçün \"kuki faylları\" və geolokasiya texnologiyalarından istifadə edə bilər.

    • 7.3. Əlavə olaraq AzInTelecom statistik məqsədlər üçün üçüncü tərəflərin kukiləri vasitəsilə informasiyanı toplayır. AzInTelecom bu prosesi SİMA tədbiqindən istifadəni izləmək və təhlil etmək məqsədilə “Google” tərəfindən təqdim edilən “Google Analytics” xidməti vasitəsilə həyata keçirir.

    • 7.4. Kukilərin istifadəsini özünüz tənzimləyə bilərsiniz. Belə ki, brauzerinizin tənzimləmələri vasitəsilə kukilərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə, mobil cihazınızda saxlanılmamasını təmin edə bilərsiniz. Kukiləri qəbul etmədiyiniz halda, SİMA tədbiqini daha effektiv edən bir çox xüsusiyyətləri istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlər tam işləməyəcək.

  • 8. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ

    AzInTelecom mütəmadi olaraq biznes, xidmət və ya tətbiq olunan qanunlarda dəyişiklikləri əks etdirmək üçün bu Məxfilik Siyasətinə yenidən baxa bilər. Yenidən işlənmiş versiyada əhəmiyyətli dəyişikliklər varsa, İstifadəçiyə şəxsi hesabına bildiriş göndərməklə, 10 (on) gün əvvəl məlumat veriləcəkdir. Yeni Məxfilik Siyasəti dərc edildiyi tarixdən qüvvəyə minir.

    Bu Məxfilik Siyasəti ilə bağlı və ya AzInTelecom -in məlumatların toplanması, istifadəsi və açıqlanması üsulları ilə bağlı hər hansı bir sualınız varsa, bizə info@azintelecom.az elektron ünvanı vasitəsi ilə müraciət edin.

Son yenilənmə tarixi: 20.04.2022