SİMA – bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır. Mobil tətbiq əsaslı SİMA əlavə vasitələrə ehtiyac olmadan, istənilən yerdən və istənilən zaman daha rahat şəkildə elektron xidmətlər əldə etməyə imkan verir.
SİMA Token – beynəlxalq təhlükəsizlik standartına uyğunlaşdırılmış, virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə məqsədi üçün istifadə edilən gücləndirilmiş elektron imzadır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, gücləndirilmiş elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı müəyyən etmək mümkündür.
SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün məxfiliyi təmin edilir.
SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur.
Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür.
Tanınma
Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı müəyyən etmək mümkündür.
Məxfilik
SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün məxfiliyi təmin edilir.
Bütövlük
SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur.
Təkzibedilməzlik
Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür.